"Dövlət Gömrük Komitəsində islahatlar davam edəcək".
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev qurumda aparıdığı kadr islahatlarına münasibət bildirərkən belə deyib.
"İslahatlar o demək deyil ki, kiminsə işində nöqsan var. Bu islahatların davamıdır. Biz ümumiyyətlə ticarət sahəsində aparılan işlərlə, əməliyyatlarda əlaqədar Dövlət Gömrük Komitəsində, gömrük işi sahəsində bütün islahatları davam etdirəcəyik. Sahibkarlara münbit şəraitin yaradılması üçün ilk növbədə biz gömrük orqanlarında yeni gücün, yeni kadr potensialının əlavə olunmasını ehtiva edirik", - deyə S.Mehdiyev vurğulayıb.
Komitə sədri sahibkarlara da müraciət edib: "Dolayısı ilə mən burdan sahibkarlara da müraciət edib demək istəyirəm ki, eyni şəkildə sahibkarların düzgün iqtisadi inkişafla, düzgün ticarətlə məşğul olan sahibkarlar bizim dostumuz olacaq. Amma saxta sənədlər tərtib edən, gömrük vergi və rüsumlarından yayınan sahibkarlara, bu hallara qarşı bizim çox ciddi tədbirlərimiz olacaq".