Dünyanın bir sıra iri şirkətləri öz istehsal müəssisələrinin Çindən Hindistana köçürməyə başlayıblar.
“Apple” məhsullarının 25%-ni Hindistanda - İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, ABŞ-ın «Apple» şirkəti öz təchizat zəncirini şaxələndirmək və istehsal məsələləsində Çindən asılılığını azaltmaq istəyir.
«Bloomberg»in məlumatına görə, artıq şirkətin Hindistandla da müəssisələri işə düşüb və 2022-ci ildə Hindistanda istehsal olunan «Apple» smartfonlarının həcmi 2,5 milyard dollara çatıb. Bu 2021-ciillə müqayisədə 2 dəfə artıqdır.
«Apple»ın pordratçıları olan şirkətlər — «Foxconn Technology Group», «Wistron Corp», «Pegatron Corp.» Hindistandakı müəssisələrdə2,5 milyard dollarlıq «iPhone» istehsal edib ixrac ediblər.
Hindistanda buraxılan modellərin çəşidi də artıb. 2022-ci ilədək «Apple» şirkəti Hindistanda yalnız iPhone SE, 12 və 13 modellərini buraxırdılar. 2022-ci ildə isə «Apple» Hindistanda «iPhone 14»də buraxmağa başlayıb.
Üstəlik şirkət indiyədək Çində istehsal olunan qulaqçıcları «AirPods» və «Beats»ların istehsalını da Hindistana köçürmək istəyir. 2023-cu ildən etibarən həmin qurğuları «Foxconn» şirkəti Hindistanda buraxacaq.
«Apple»ın daha bir təchizatçısı olan «BOE Technology Group» şirkətit – displeylərin istehsalçısı isə öz istehsalını Çindən Vyetnama köçürür.
2019-2020-ci illərdə isə Cənubi Koreyanın «Samsung» şirkəti Çindəki istehsalının bir hisssəsini Vyetnama köçürüb.