Dünyanın ən zəngin azərbaycanlısı Vahid Ələkbərova məxsus “Lukoyl” şirkətinin “Lukoil Securities Limited” şirkəti 3 milyard dollar dəyərində olan 4,96% öz səhmlərini və depozitlərini birjadan geri alıb.
FED.az Modern.az-a istinadən xəbər verir kiŞirkət satışda olan bütün səhmlərini 2022-ci il dekabrın 30-na qədər tamamlamağı planlaşdırır. Bundan sonra Lukoyl şirkəti öz investisiya portfelini də genişləndirəcək.
Xatırladaq ki, şirkətin sahibi Vahid Ələkbərovun 19,4 milyard dollar sərvəti var.