“Amazon” şirkətinin qurucusu olan Ceff Bezosun sərvəti yeni rekord qırıb: avqustun 25-də keçirilən hərraclardan sonra milyarderin mülkü 200 milyard dolları keçib.
Eləcə də bax: Rusiyanın ən zəngin ailələri açıqlanıb - TOP-10
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu məlumat “Forbes Real-Time” reytinqində göstərilib.
Beləliklə, Bezos sərvəti 200 milyard dollara çatan ilk şəxs olub. Lakin o, bu statusu əldə saxlaya bilməyib. Verilən məlumata görə, hərracların sonunda iş adamının sərvəti 199,7 milyard dollar dəyərində qiymətləndirilib.
Xatırladaq ki, Ceff Bezos “Amazon”da 11,1% paya sahibdir. Pandemiya başlayandan bəri şirkətin qiymətli kağızları 55%-dən çox bahalaşıb. Bunun sayəsində sahibkarın sərvəti 12 ay ərzində demək olar ki, 86 milyard dollar artıb.
Əslində, milyarder 200 milyard dollar həddini daha əvvəl aşa bilərdi. Bildiyimiz kimi, 2019-cu ilin iyul ayında Bezos 25 illik evlilikdən sonra həyat yoldaşı Makkenzi Skott ilə boşanıb. Beləliklə, onun “Amazon”dakı payının dörddə biri (yəni şirkətin 4%-i) Makkenziyə çatıb. Hal-hazırda Makkenzi Skott-un sərvəti 63,4 milyard dollar dəyərində qiymətləndirilir.