«Statista» nəşri dünyada ən etibarlı və nüfuzlu «made in» etiketlərinin reytinqini hazırlayıb. «Made-In-Country-Index»ə əsasən, Almaniya ən etibarlı «made in» etiketinə sahib ölkə olub.
FED.az xəbər verir ki, «Statista» nəşri tərəfindən 43 mindən artıq istehlakçının iştirakı ilə tərtib edilən «Made-In-Country-Index»i (MICI) 49 fərqli ölkədə (ayrıca olaraq Avropa İttifaqında da) istehsal edilən məhsulların dünyavi etibarlılığını araşdırır.
Araşdırma nəticələrinə görə, Almaniya ən etibarlı və keyfiyyətli məhsulların istehsalçısı adını qazanıb. Maraqlıdır ki, Almaniyanın göstəricisinə «Volkswagen» qalmaqalı da mane olmayıb.
Eləcə də bax: Almaniyanın məşhur şirkəti müflis olub
Qeyd edək ki, «Made in» etiketi 19-cu əsrin sonunda İngiltərədə yaranıb. İngilislər öz məhsullarını Almaniyadan gətirilən ucuz mallardan fərqləndirmək və daxili bazarı qorumaq üçün ilk dəfə bu etiketlərdən istifadə ediblər. Tarixin istehzası ilə isə hazırda etiketlərin etibarlığı siyahısına məhz Almaniya başçılıq edir və İngiltərədən böyük fərqlə qabaqdadır.
İstehlakçıların fikrincə, hazırda dünyanın ən etibarlı «made in» etiketi olan ölkələr və məhsullar bunlardır: