ABŞ-ın Nyu-York şəhəri dünyanın ən cazibədar maliyyə şəhəri seçilib.
FED.az Banker az-a istinadən xəbər verir ki, bu “Z/Yen” kompaniyası tərəfindən hazırlanan reytinqdə öz əksini tapıb.
Eləcə də bax: İnvestisiya etmək üçün ən əlverişli ölkələrin reytinqi - AÇIQLANIB - SİYAHI
İkinci yerdə London, üçüncü yerdə Honkonq, dördüncü yerdə Sinqapur, beşinci yerdə isə Şanxay qərarlaşıb. İlk onluqda Tokio, Pekin, Dubay, Şençjen və Sindey də yer alıb.
2019-cu ildə reytinqi Toronto, Zürix və Frankurt tərk edib. Təqdirəlayiq haldır ki, reytinqdə yüksəlmə üzrə ən yüksək göstəricini Paris göstərib. Fransanın payxtaxtı 17-ci yeri tutub.
Analiz zamanı sıradakı göstəricilər nəzərə alınır: biznes-mühit, insan kapitalı, infrastruktur, maliyyə sektorunun inkişafı.