İsveçin mebel nəhəngi İKEA, Asiyada böyümə planı çərçivəsində ən böyük mağazasını Filippində istifadəyə verib.
Eləcə də bax: Mebelin defekti şirkətə - 100 MİLYON DOLLARA BAŞA GƏLDİ
FED.az xəbər verir ki, 68 min kvadrat metrlik mağazanın açılışı daha əvvəl pandemiya ilə əlaqədar olaraq təxirə salınmışdı. Mağazanın, Filippin Ticarət Naziri Ramon Lopezin də qatıldığı bir tədbir ilə açılışı baş tutub.
Filipində İKEA-nın onlayn mağazasını bu ayın əvvəlində xidmət göstərməyə başlamışdı.
İKEA-nın 60 ölkədə 460-dan çox mağazası var. İKEA-nın qlobal miqyasda onlayn satışları cəmi satışlarının 26%-ni təşkil edir. Daha 60 bazara daxil olmağı planlaşdıran İKEA-nın hədəf bazarları arasında Cənub Amerika da var. (Marla)