Banner

Biznes

Dünyadakı milyarderlərin sayı - Açıqlandı

Dünyadakı milyarderlərin sayı - Açıqlandı | FED.az
15:22 2 Mart 2021

Dünya miqyasında milyarderlərin sayı 3228-ə çatıb, bu isə yeni rekorddur.

Eləcə də bax: "Bumble" təsisçisi dünyanın ən gənc qadın - Milyarderi Olub

FED.az xəbər verir ki, bu barədə Hurun Araşdırmalar İnstitutunun son hesabatında məlumat verilib.

Dünyanın ən varlı adamlarının ümumi sərvəti 15 yanvar tarixinə olan məlumata görə, 14,7 trilyon dollara yüksəlib. Dünyanın ən varlı adamı 197 milyard dollarlıq sərvəti ilə “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask olub. “Amazon” qurucusu Ceff Bezos 189 milyard dollar sərvəti ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə “Louis Vuitton Moët Hennessy” prezidenti  Bernar Arno (114 milyard dollar) qərarlaşıb.

Çin milyarderlərin sayına görə lider olaraq qalmaqdadır. ABŞ-da 696 milyarderin olduğu halda, Çində bu rəqəm 1058-ə çatıb. Çin və ABŞ birlikdə dünyadakı bütün milyarderlərin yarısından çoxuna sahibdir.

Hindistan isə 177 milyarderlə üçüncü yerdədir.

Dünya üzrə qadın milyarderlərin sayının isə 231-ə yüksəldiyi bildirilib. (Qafqazinfo)

Banner
Banner

Digər xəbərlər