“Forbes” jurnalının tərtib etdiyi növbəti reytinqdə dünyanın ən varlı qadınının adını Fransuaza Betankur-Mayers qazanıb.
FED.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersin sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir. Betankur-Mayers dünyanın ən varlı insanları siyahısında 15-ci yeri tutub.
“Amazon” onlayn-mağazasının yaradıcısı milyarder Ceff Bezos dünyanın ən varlı insanlarını əks etdirən reytinqdə lider mövqeyini qoruyub.
Hazırda Bezosun var-dövləti 131 milyard dollar təşkil edir.
Bezos 2018-ci ilin mart ayında daha öncə reytinqə başçılıq edən "Microsoft"un yaradıcısı Bill Geytsi ötərək birinci pilləyə yüksəlib.