Hazırda bütün dünyada bir milyard frankdan çox dəyərində olan Rolex saatları itkin və ya oğurlanmış kimi qeydə alınıb və bu saatların oğurlanmasının sayı 2022-ci ildə nəzərəçarpacaq dərəcədə artıb.
Zavod qiyməti 3000 dollar, mağaza qiyməti 7500 dollardır - İsveçrə saatlarının - SATIŞI REKORD VURUB
«Rolex» lüks saat şirkəti yeni fabrik tikəcək – 8 MİLYARD DOLLARLIQ DÖVRİYYƏ
FED.az xəbər verir ki, “The Watch Register” məlumat bankının məlumatına görə, hazırda bu markanın 80 minə yaxın saatı oğurlanmış və ya itkin kimi qeydə alınıb. Xatırladaq ki, “The Watch Register” ödəniş müqabilində oğurlanmış saatları müəyyən etməyə kömək edən məlumat bazasıdır.
2022-ci ildə siyahıya daha 6815 saat əlavə edilib ki, bu da əvvəlki 12 aylıq dövrlə müqayisədə 60% artım deməkdir. Pandemiya zamanı "Rolex", "Audemars Piguet" və "Patek Philippe" kimi markaların qiymətləri kəskin şəkildə artıb, ona görə də bu ən çox axtarılan modellərin oğurlanmasının da kəskin şəkildə artması məntiqlidir.
Məsələn, Londonda 2022-ci ilin may-iyun aylarında bıçaqdan istifadə edilən oğurluqların sayı 60% artıb və çox vaxt soyğunçular bu markaların saatlarına maraq göstəriblər. Nəticədə London polisi prioritetləri dəyişməli və bu cür cinayətləri hədəf almağa başlamalı oldu. Fransanın paytaxtı Parisdə isə dəbdəbəli saatların oğurlanması ilə mübarizə üçün xüsusi işçi qrup yaradılıb.
Bloomberg News xəbər verir ki, indi bu sahədə təxminən 30-a yaxın agent işləyir. The Watch Register-in məlumat bazasında ən məşhur brend "Rolex"dir və oğurlanmış belə saatların 44%-ni təşkil edir. Ondan sonra "Omega" və "Breitling" gəlir. The Watch Register verilənlər bazasının idarəedici direktoru Katya Hills, "Bu dəbdəbəli saatların əhəmiyyətli dəyəri və prestiji beynəlxalq cinayət sindikatlarının diqqətini cəlb etməkdə davam edir" dedi.
Bəzi brendlər özləri bu problemi həll etmək üçün radikal addımlar atıblar. Məsələn, "Royal Oak" saatlarının istehsalçısı olan "Audemars Piguet", 2022-ci ilin aprelində yeni iki illik xidmət proqramı çərçivəsində müştərilərinə oğurlanmış saatların dəyişdirilməsini təklif edəcəyini elan edib.