Dünyada davam edən qlobal iqtisadi qeyri müəyyənlik məşhur İsveçrə saatlarının və brilyantların satışlarını azaldıb.
FED.az xəbər verir ki, 2019-cu ildə brilyant daşlar zərgərlik məmulatları və İsveçrə samatlarının satışında azalma var. Ekspertlər bildirir ki, bunun səbəbi, qlobal qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda alıcıların qənaətə keçməsidir.
Eləcə də bax: Azərbaycanla İsveçrə bank məlumatlarının - MÜBADİLƏSİNƏ BAŞLAYACAQ
Xüsusilə İsveçrə saatlarının satışındakı azalma ekspertləri təəəccübləndirib. 1980-ci illərdən bəri ilk dəfədir ki,u onların satışında azalma baş verir.
2019-cu ildə satışlar 3,5% azalaraq 1 milyard 993 milyon İsveçrə frankı təşkil edib. Qol saatlarının satışı 2,5% azalaraq 1 milyard 896 milyon franka düşüb. Azalmanın əsas səbəblərindən biri İsveçrə saatlarının böyük bazarlarından sayılan Honkonqda etirazlar olub.
Eləcə də bax: İsveçrə saatlarında bitkoin cüzdanı olacaq - YENİLİK
ABŞ-da saatların satışı 4,6%, Sinqapurda 29,6%, Yaponiyada isə 7,8% artıb. Əgəzində Honkonqda satışlar 26,7%, Çində 5,5%, Almaniyada isə 1,9% azalıb. İsveçrə saatlarının yarıdan çoxu bu 6 ölkədə satılır.