Qızılın qiyməti yenə rekordu təzələdi. Bir günə qızılın qramında azı 10-15 manat fərq yaranıb.
Azərbaycanda da qızıl bahalaşdı - ALIŞ QİYMƏTİ 200 MANATA QALXDI - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda bazarda türk qızılının qramı 220 - 230 manata, italiya qızılının qramı 300 manata, rus qızılının qramı isə 190 - 195 manata təklif edilir.
Satıcılar deyir ki, 1 ay əvvəl 3000 manata satdıqları qızıl dəstinin qiyməti indi 1500 manat artaraq 4500 manata çatıb.
Görünür artım satıcıları da narahat edir. Belə ki, alıcılıq səviyyəsinin xeyli aşağı düşdüyü deyilir.











