Zəngin investorlar pullarını nağd şəkildə saxlamağa üstünlük verirlər.
FED.az xəbər verir ki, aktivlərin 25%-i belə haldadır.
Eləcə də bax: Azərbaycanlı milyarder dünyanın ən varlıları arasında - 59-CU YERDƏDİR
Ən azı 1 milyon dollarlıq sərbəst aktivləri olan investorlar 2020-ci ilin sonuna fond bazarının düşməsindən qorxurlar. Xüsusilə, onlarda narahatlığı dəyişən geosiyasi vəziyyət, həmçinin Pekin ilə Vaşinqton arasında ticarət ziddiyyətləri və ABŞ-da gözlənilən prezident seçkiləri (2020-ci ildə) doğurur.
Noyabrın 8-də məlum olmuşdu ki, 2018-ci ildə milyarderlərin sərvəti 4,3 faiz, yaxud 388 milyard dollar azalaraq 8,5 trilyon dollara çatıb. Ən çox Asiya-Sakit okean regionundan olan milyarderlər zərər görüblər, belə ki, onların sayı 7,4 faiz azalıb. Bununla yanaşı, Şimali və Cənubi Amerikada milyarderlərin sayı artıb.
Oxu