İran gələn 2 il ərzində zəfəran istehsalı üzrə iri şirkət yaradacaq.
FED.az-ın məlumatına görə, bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin dərman bitkiləri üzrə layihənin icraçısı və nazirin müşaviri Hüseyn Zeynəli Mehr deyib.
Eləcə də bax: Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM
H.Zeynəlinin sözlərinə görə, dünya ölkələri zəfəranı təmin etmək üçün sadəcə bu şirkətlə alqı-satqı edəcək.
Qeyd edək ki, İran dünya zəfəranının 95%-ni istehsal edir.
Nazirlik rəsmisi 2007-2019-cu illərdə (21 mart 2007-dən -21 mart 2019-dək) İranda zəfəran istehsalının 230 tondan 404 tona çatdığını deyib:
“Bu ildə məhsul istehsalının təxminən 30 ton artaraq 434 tona çatacağı proqnoz edilir. Ötən il 351 milyon dollar dəyərində 280 ton məhsul ixrac edilib. Bu il zəfəran əkininin təxminən 50%-i texnika ilə həyata keçirilib".
Trend