Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Vergi İdarəsi bildirib ki, 2018-ci ilin noyabrından turistlər üçün əlavə dəyər vergisinin (ƏDV) qaytarılması proseduru (Tax free) həyata keçiriləcək.
FED.az xəbər verir ki, bu əməliyyatların yerinə yetirilməsi üçün eksklüziv operator kimi “Planet” beynəlxalq şirkəti seçilib. BƏƏ-də yerli tərəfdaşları ilə əməkdaşlıq edən bu şirkət “SpecialPurposeVehicle” adlı ayrıca müəssisə yaradıb. Qeyd olunur ki, sistemdə qeydə alınan və BƏƏ-dəki mağazalardan bazarlıq edən turistlər ƏDV-nin qaytarılmasını rəsmiləşdirə bilərlər. Həmçinin əməkdaşın iştirakı olmadan elektron sistem vasitəsilə ƏDV-nin qaytarılması imkanları da nəzərdə tutulub.
Dubaya alverə gedənlər üçün - XOŞ XƏBƏR
00:00
12 Sen 2018