FED.az xəbər verir ki , Dövlət Statistika Komitəsi 3 lot üzrə tender keçirir.
lot 1 - Rəsmi statistika hesabatları və digər statistik məsələlər üzrə proqram təminatlarının hazırlanması işləri
lot 2 - Statistik vahidlərin Dövlət Reyestri üzrə proqram təminatlarının hazırlanması işləri
lot 3 - Əhalinin siyahıyaalınması üzrə proqram təminatlarının hazırlanması işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) (Əlaqələndirici şəxs :Qasımova Qönçə, telefon :(012) 538-62-57) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 500 manat
lot 2 - 500 manat
lot 3 - 500 manat
Hesab: | AZ59CTRE00000000000002238401 |
VÖEN | 1300189411 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq qeyd edilməlidir: XHK 2238401(002353) Büdcə təsnifatının kodu 142340 Büdcə səviyyəsinin kodu 7 Yuxarıda qeyd edilən sənədlərdən başqa bu sənədlər də təqdim edilməlidir: - iddiaçının ixtisasına dair məlumatlar (sertifikatlar, lisenziyalar, analoji işlərin yerinə yetirilməsində təcrübəsini təsdiq edən sifarişçi müəssisə və təşkilatların tövsiyə məktubları, işlərin yerinə yetirilməsinə rəhbərlik edəcək işçinin ixtisası və təcrübəsi və s.); - işlərin keyfiyyətinə dair zəmanət.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-05-14 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-05-23 18:00qədər Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-05-24 11:00 tarixində Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 414) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI