Azərbaycan bankları vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub olmadığı müəyyən edə biləcəklər. FED.az xəbər verir ki, bu Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Vergilər Nazirliyinin əməkdaşlığı nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Banklar Assosiasiyasının “Komplayns Ekspert” Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə bununla bağlı rəsmi müraciət edilib.
Nazirlik bu müraciəti müsbət qarşılayıb və Banklar müəssisələrin dövlət müəssisəsi olub olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin edilib.
Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.
«Dövlət şirkətiyəm» deyib gizlənmək alınmayacaq – YENİLİK
11:20
3 Aprel 2018