«Bakı Hövsan Beynəlxalq Dəniz Limani» ASC 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, ötən il şirkətin mənfəəti əvvəlki illə müqayisədə 23 dəfə azalıb.
Hesabata görə, 2018-də «Bakı Hövsan Beynəlxalq Dəniz Limani» ASC-nin aktivləri 1,9% artaraq 8 milyon 923,2 min manata çatıb.
Eləcə də bax: Mərkəzi Bank sığortaçı axtarır - ELAN
Şirkətin cəmi kapitalı isə 6,8% azalaraq 3 milyon 774,5 min manata düşüb.
Bununla yanaşı, 2018-ci ilin sonuna şirkətin 3,7 milyon manatlıq bölüşdürülməmiş zərəri var ki, bu da ASC-nin kapitalını sıfıra yaxınlaşdırır.
Ötən il şirkətin əməliyyat gəliri 23% azalaraq 1 milyon 267 min manat olub. Şirkətin satışlarının maya dəyəri də təqribən 10% azalaraq 1 milyon 254,7 min manat təşkil edib.
Nəticədə «Bakı Hövsan Beynəlxalq Dəniz Limani» 2018-ci ili 12 275 manat mənfəətlə başa vurub ki, bu da ötən illə müqayisədə 23 dəfə azdır.
Dövlət şirkətinin mənfəəti 23 dəfə azalıb – HESABAT
11:35
20 İyun 2019