Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı və respublikanın digər bölgələrnidəki restoranlara xəbərdarlıq edib.
Eləcə də bax: KOBİA: “Yeni güzəştli kredit mexanizmləri KOB-lar üçün əlavə imkanlar yaradır”
FED.az-ın məlumatına görə, agentlik restoranlara xatırladıb ki, pandemiya dövründə ictimai iaşə müəssisələri Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq işləməlidirlər.
Həmin qərara əsasən, restoran-kafelərdə müştəri qəbulu 2 dəfə azaldılmalı və hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır.
Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Agentlik bildirir ki, hər bir kafe-restoranın qarşısında zalın sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. Bugünədək 1366 kafe-restoranın qarşsında belə lövhələr quraşdırılıb.
«Restoranlar fəaliyyətə başladıqdan sonra belə lövhələrin yerləşdirilmədiyi aşkar olunsa onlara qarşı müvafiq tədbirlər həyata keçiriləcək»-deyə agentlik həm xəbərdarlıq, həm də yaxın vaxtlarda restoranların işə başlayacağını anons edib.