"Bu gün dövlət ölkəyə özəl sektor üçün tibbi texnologiyaların gətirilməsinə dəstək olmalıdır: "Bu dəstək ya vergilərin azaldılması , ya da subsidiyaların verilməsi ilə özünü göstərə bilər".
FED.az xəbər verir ki, bunu Tibb Biznesi Forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən Forumda çıxışı zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda xaricdən Azərbaycana çoxlu həkimlər gəlir. Çalışmaq lazımdır ki, ölkəyə xarici həkimlər yox, xarici investisiyalar cəlb olunsun.