“İşgüzar mühitin yaxşılaşdırılması üçün ciddi addımlar atılmaqdadır”.
Eləcə də bax: Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası - BAŞA ÇATIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığının inkişafına nail olunmalıdır: “İlk olaraq hazırda fəaliyyət göstərən sahibkarlar artıq məskunlaşma üçün hazır olan Zəngilanın Ağalı kəndi və Ağdamda məskunlaşacaq sakinlərin tələbatına uyğun layihələri həyata keçirməlidirlər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ailə təsərrüfatlarının yaradılması qadın sahibkarlar üçün vacib gündəlik ola bilər”.