Azərbaycanda biznesə dəstək paketi təkcə dövlətin indiyədək ayırdığı 1 milyard manatla məhdudlaşmayacaq. Bundan başqa daha iki proqram olacaq.
Eləcə də bax: Dövlətin hər işçiyə görə ödəyəcəyi vəsaitin - MAKSİMUM MƏBLƏĞİ MƏLUM OLDU
FED.az xəbər evrir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Bu proqramlardan biri biznesin kreditlərinə dəstəklə bağlıdır. Belə ki, biznes kreditlərinin faiz dərəcəsinin 10%-ni dövlət, Sahibkarlığa Yardım fondu ödəyəcək. Nazir bildirib ki, onsuz da bizdə biznes üçün kreditlərin faizi 10%-dən bir qədər artıqdır.
Növbəti proqram dövlət tərəfindən sahibkarlara yeni kreditlərin verilməsi ilə bağlı olacaq. Dövlətin dəstəyi və zəmanəti ilə kreditlər ayrılacaq. Kredit məbləğinin 60%-nə dövlət zəmanət verəcək. Həmin kreditlərin illik faizi 15%-i keçməyəcək. Onnu da yarısını yəni 7,5%-ni dövlət ödəyəcək.
Ümumilikdə bu proqramlara 2,5 milyard manat vəsait ayrılacaq. «Bu Azərbaycanın ÜDM-in 3%-ni əhatə edir, ətraf ölkələrdə bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb.