Çinin ən nəhəng üç daşınmaz əmlak sərmayəçisi şirkəti arasında yer alan “Country Garden Holdings”in 36 yaşındakı idarə heyətinin başçısı Yang Huiyan şirkətin səhmlərinin yüksəlməsi ilə ilin ilk dörd ticart dövründə sərvətinə daha 2,1 milyard dollar əlavə edib.
FED.az xəbər verir ki, “Country Garden Holdings” səhmləri bazar ertəsi günü 6,9% yüksəlib. Şirkətin son bir ildəki qiymətləndirilməsi isə 16%-dir.
Yang, yanvarın 5-dən 25,6 milyard dollarlıq sərvəti ilə ölkənin ən zəngin beşinci insanıdır.
Ölkəsinin ən zəngin qadını və gənc milyarderi Yang, şirkətin varisi olması səbəbindən 2005-ci ildə atası Yang Guoqiangun bütün səhmlərini almışdı. Kantonca adlı Yeung Kwok Keung olaraq tanınan Yang Guoqiang şirkətini 1992-ci ildə qurmuşdu.
“Country Garden” Çində əmlak bazarının hər gün ulduzunun parlamasından ən mənfəətli çıxan firmalardan biridir. Şirkətin 2017-ci ildəki satışları 550,8 milyard yuan (85 milyard dollar) ki, bu avqustda açıqlanan 500 milyard yuan hədəfinin üzərindədir.
“Country Garden” başqa, Çin əmlak bazarının nemətlərindən faydalanan digər bir daşınmaz əmlak şirkəti isə “Evergrande Group”dur.
“Alibaba”nın qurucusu Jack Ma, texnologiya nəhəngi “Tencet”in CEO-su Pony Madan sonra ölkənin ən zəngin 3-cü şəxsi olan “Evergrande” idarə heyətinin başçısı Hui Ka Yan da şirkətin hissələrinin yüksəlməsi ilə sərvətini 38,2 milyard dollara qədər yüksəltməyə nail olub.
Facemark.az©