“Gipsinvest” MMC nizamnamə kapitalını azaldır.
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalının azalaraq 22 milyon 847 min 878 manat olduğunu elan edir.
Buna qədər MMC-nin nizamnamə kapitalı 37 milyon 440 min 441 manat idi.Bu da nizamnamə kapitalının 14 milyon 592 min 563 manat azaldılması deməkdir
Xatırladaq ki, “Gipsinvest” MMC bu ilin iyulun 18-də dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Namiq Kazımov Rövşənoviçdir.
Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 1-Cİ Önünə, ev.19 ünvanıdır.











