İyul-sentyabr aylarında Azərbaycanda 252,7 ton dondurma istehsal edilib. Bu, həmin dövrün idxal göstəricisinin yarısından çoxdur. Ancaq yerli istehsalın leqallaşdırılması prosesi aşkardır.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, doqquz ay ərzində yerli istehsalçılar 840,1 ton dondurma istehsal ediblər. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çoxdur.
Eləcə də bax: Rus şirkəti Azərbaycana dondurma - ixrac etmək istəyir
İstehsalın gizlədilməsinə misal kimi 2018-ci ilin doqquz ayı ərzində dondurma istehsalının və ixracının həcmlərini misal göstərmək olar. Həmin müddətdə istehsal 210,6 ton, bəyan edilən ixrac həcmi 231 ton olmuşdu.
"Turan"