30 avqust 2024-cü il saat 15.00-da, "Dəzgahqayırma Zavodu" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Şirvan şəhəri, Cənub Sənaye Qovşağında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Dəzgahqayırma Zavodu” ASC-nin 2023-cü ilin yekunlarına dair maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatın müzakirəsi və təsdiqi.
2. “Dəzgahqayırma Zavodu” ASC-nin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə “Dəzgahqayırma Zavodu” ASC-nin aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi.
3. “Dəzgahqayırma Zavodu” ASC-nin təşkilati-hüquqi formasının dəyişərək MMC-yə çevrilməsi.
4. “Dəzgahqayırma Zavodu” ASC-nin ləğv olunaraq cəmiyyətə məxsus bütün səhmlərinin dövriyyədən çıxarılması.
5. “Dəzgahqayırma Zavodu” ASC-yə müraciət etmiş səhmdarlara məxsus səhmlərin ləğv edilərək cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şəklində təhvil-təslim olunması, həmçinin təhvil-təslim aktının, razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edilməsi.
6. “Dəzgahqayırma Zavodu” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması.
7. “Dəzgahqayırma Zavodu” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin “Dəzgahqayırma Zavodu” ASC-nin icra orqanının rəhbərinə həvalə edilməsi.