31 oktyabr 2024-cü il saat 15.00-da, "Dəzgahqayırma Zavodu" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Şirvan şəhəri, Cənub Sənaye Qovşağında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1 . Cəmiyyətin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi.
2 . Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişərək MMC-yə çevrilməsi. Cəmiyyət ləğv olunaraq cəmiyyətə məxsus bütün səhmlərinin dövriyyədən çıxarılması.
3 . Cəmiyyətin icra orqanının rəhbərinin tutduğu vəzifədən azad olunması və onun yerinə yeni icra orqanın rəhbərinin təyin edilməsi.
4 . Görülmüş və gələcəkdə görüləcək işlərlə bağlı digər məsələlərin müzakirəsi.
5 . Cəmiyyətin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması.
6 . Cəmiyyətin müraciət edən səhmdarlara məxsus səhmlərin ləğv olunaraq cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şəklində təhvil-təslim edilməsi, həmçinin təhvil-təslim aktının və razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edilməsi.
7 . Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
8 . Azərbaycan Respublikası Mülki Məcəlləsinın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin cəmiyyətin icra orqanının rəhbərinə həvalə edilməsi.
Telefon: 994 10 318 98 93.