Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumata əsasən Gəncə şəhərində Şəhriyar küçəsi, ev 42 ünvanında fəaliyyət göstərən “DEVRİM” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus süd və süd məhsullarının istehsalı sexində yoxlama aparılıb.
Eləcə də bax: Kolbasa şirkətinin "Halal" sertifikatı - LƏĞV EDİLİB
FED.az agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət etmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
Müəssisədə xüsusi risk qrupuna daxil olan məhsullardan sayılan südün ilkin emalı və süd məhsullarının istehsalı zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, sexdə istifadə edilən südün keyfiyyətinin yoxlanılması, kənar qarışıqlardan təmizlənməsi, pasterizasiyası, soyudulması və saxlanılması qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.