Azərbaycanda əczaçılıq məhsullarına xərclənən valyutanın həcmi ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 79%-ə yaxın artıb.
FED.az xəbər verir ki, Gömrük Komitəsinin hesabatına istinadən əczaçılıq məhsullarının idxalı ötən ilin yanvar-fevral ayları ərzində 1 milyon 732 min ton təşkil edibsə cari ilin müvafiq dövrü ərzində bu, 349 min ton və ya 20,1% artaraq 2 milyon 81 min ton təşkil edib.
Əczaçılıq məhsullarının idxalına sərf olunan xərclər də yüksəlib. Belə ki, ötən ilin yanvar-fevral ayları ərzində 25 milyon 132 min dollar (42 milyon 724 min 400 manat) xərclənibsə, bu il həmin rəqəm 19 milyon 858 min dollar və ya 79% artaraq 44 milyon 990 min dollara (76 milyon 483 min manat) yüksəlib.
Məlumatda bildirilir ki, ötən ilin müvafiq nəticələrinin ümumi idxala nisbəti 2,59% idisə, hazırda bu faiz nisbəti 3,10%-ə qalxıb.
Dəva-dərmana xərclənən dollar 79% artıb
12:59
12 Mart 2018