“Dərnəgülsənayetikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 2 iyun 2021-ci il saat 12.00-da baş tutacaq.
İclasın gündəliyi:
1. Səhmdar cəmiyyətin idarə heyətinin 2020-ci ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və 2020-ci il üzrə illik hesabatların təsdiqi.
2. İdarə heyəti üzvlərinin və sədrin seçilməsi.
3. Müşahidə şurası üzvlərinin seçilməsi.
4. Təftiş komissiyası üzvlərinin seçilməsi.
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu- (012) 514-35-85.
Ünvan- Bakı, Z.Bünyadov prospekti 20/61-ci məhəllə, E-118