Azərbaycanda vəzifəli şəxs yeni şirkət təsis edib.
Eləcə də bax: 30 milyonluq şirkət - Ləğv Olundu
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni şirkətin adı “SS Park” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Bu şirkətin nizamnamə kapitalı 280 194 manat və qanuni təmsilçisi Hacıyev Seymur Əliyəddin oğludur.
Bildirək ki, Hacıyev Seymur Əliyəddin oğlu 27 may 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-1997-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsil pilləsini bitirib. 1997-1999-cu ildə Bakı Dövlət Universiteti “İqtisadiyyat” ixtisası üzrə fərqlənmə ilə magistr təhsil pilləsini bitirmişdir.
Hal-hazırda “GM Construction” MMC-nin “Ümumi işlər üzrə departament”in rəhbəri vəzifəsində işləyir.
Onu da qeyd edək ki, “SS Park” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar ünvanında fəaliyyət göstərəcək.