“Dəliməmmədli-Kəndkimyatəchizat ” Açıq Səhmdar Cəmiyyətində 26 yanvar 2025-ci il tarixində saat 15:00-da səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.axəbər verir ki, yığıncaq Bakı şəhəri, Babək prospekti 12A ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə cəmiyyətin qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi məsələsi daxildir.
Qeyd edək ki, “Dəliməmmədli-Kəndkimyatəchizat ” 3 noyabr 2004-cü ildə yaradılıb, 217 min 890 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ələkbərli Elçin Hüseyn oğludur.











