Fransanın süd məhsulları istehsalçısı Danone şirkəti Rusiya Federasiyasındakı biznesini 17,7 milyard rubla (191,7 milyon dollar) Vamin Tatarıstana satmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, “Danone” şirkətinin Rusiyadakı törəmə şirkəti olan “Life & Nutrition” şirkətinin alıcısı Rusiyanın süd məhsulları istehsalçısı "Vamin Tatarstan" ("Вамин Татарстан") olacaq. "Vamin Tatarsta" şirkəti Çeçenistanla əlaqəli iş adamı Mintimer Mingazova məxsusdur.
Qəzet yazır ki, "Vamin Tatarıstan" Danone-nin Rusiyadakı aktivlərinə nəzarət üçün 17,7 milyard rubl (191,7 milyon dollar) ödəməyə hazırdır. Bildirilir ki, bunun 7,7 milyard rublu Rusiya müəssisəsinin borcunun ödənilməsinə, qalan hissəsi isə Danone-nin şirkətdəki payının ödənilməsinə yönəldiləcək.
2022-ci ilin oktyabrında Danone şirkəti Rusiyadakı təzə süd və bitki mənşəli məhsullar biznesini satmaq niyyətində olduğunu elan edib. Həmçinin, iyulun 16-da Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Fransanın süd məhsulları istehsalçısının Rusiyadakı biznesi Federal Əmlakın İdarə Olunması Agentliyinin müvəqqəti idarəçiliyinə verilib. 2023-cü ilin iyul ayında Çeçenistanın Kənd Təsərrüfatı Naziri Yakub Zakriyev "Danone Russia" şirkətinin baş direktoru olub. Yakub Zakriyev Çeçenistan lideri Ramzan Kadırovun qardaşı oğludur. (Marja)