Bu yaxınlarda Rusiyanın Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidməti ("Rosprirodnadzor") öz hesabatında Rusiyada fəaliyyət göstərən "Coca-Cola", "Danone", "Procter & Gamble" ("P&G"), "Heineken" və digər beynəlxalq şirkətlərin müntəzəm şəkildə ətraf mühit standartlarını pozduğunu qeyd etmişdi.
Hesabatda bildirilirdi ki, xarici şirkətlər ekologiya rüsumlarını ödəmir və istehsal etdikləri məhsullara dair hesabatlar təqdim etmir.
FED.az xəbər verir ki, “Rosprirodnadzor”a cavab olaraq Rusiyanın “Danone” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri “Danone” MMC-nin baş direktoru Natiq Xəlilov açıqla yayıb.
Açıqlamada bildirilir:
Rusiyadakı Danone şirkəti, hələ 2015-ci ildə RF-də ilk olaraq istehlak xüsusiyyətlərini itirdikdən sonra utilizasiya edilməli olan malları, o cümlədən qablaşdırmanı bəyan etməyə və onların utilizasiya normativlərinin yerinə yetirilməsi barədə hesabat verməyə başlamışdır.
Biz qablaşdırma tullantılarının emalı və utilizasiyası - istehsalçının genişləndirilmiş məsuliyyəti üzrə öhdəliklərimizi hətta qanunvericilikdə onların icra edilməməsinə görə inzibati məsuliyyət (cərimələr) nəzərdə tutan maddə çıxmazdan əvvəl yerinə yetirirdik.
“Rosprirodnadzor” (Təbii Sərvətlərdən İstifadəyə Nəzarət üzrə Federal Xidmət) bu faktları təsdiq edən zəruri sübutlara malikdir. “Rospotrebnadzor”a müvafiq qeydlərlə təqdim etdiyimiz bütün hesabatlar bizdə də mövcuddur və əlbəttə ki, hər hansı bir nəzarət orqanının rəsmi sorğusuna əsasən onları təqdim etməyə hazırıq.
Bundan əlavə, biz dəfələrlə “Rosprirodnadzor”un yoxlamalarından uğurla keçmişik, bu da təsdiq edir ki, biz GİM-nin (genişləndirilmiş istehsalçının məsuliyyəti) tələblərini qanuna uyğun olaraq lazımi qaydada yerinə yetiririk.
Şirkət öz öhdəliklərini artıq beşinci ildir ki, Rusiya Federasiyasında bu qanunvericilik tələbinin yarandığı vaxtdan yerinə yetirir. Biz, emal şirkətləri olan tərəfdaşlarımızla birgə hərəkət edərək GİM-ni müstəqil həyata keçirməkdəyik. Əlavə olaraq, bu il, regional operator-partnyorlarımız və qeyri-kommersiya şirkətləri ilə birlikdə Rusiyada “Yaşıl Şəhərlər” layihəsi çərçivəsində plastik tullantıların ayrıca toplanması üçün sistemimizi işə salmışıq. Lipetsk Pilot şəhəri oldu, hazırda həmin layihənin digər şəhərlərə doğru genişləndirilməsi məsələsi nəzərdən keçirilir. “Rospotrebnadzor”a müvafiq qeydlərlə təqdim etdiyimiz bütün hesabatlar bizdə də mövcuddur və əlbəttə ki, hər hansı bir nəzarət orqanının rəsmi sorğusuna əsasən onları təqdim etməyə hazırıq.