Azərbaycanda daha bir səhmdar cəmiyyət 2019-cu ilin nəticələri üzrə öz səhmdarlarına dividend verəcək.
Eləcə də bax: “Bakı Toxuculuq Qalantereya” mənfəətini səhmdarları ilə bölüşəcək - İCLAS
FED.az xəbər verir ki, «Bakı Əyrici Toxucu» ASC-nin rəhbərliyi cəmiyyətin səhmdarlarının nəzərinə çatdırır ki, 23 iyun 2020-ci il tarixində 2019-cu ilin yekununa görə keçiriləcək iclas “COVİD-19” pandemiyasının yayılması və Nazirlər Kabineti Yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına və tövsiyələrinə əsasən qapalı keçiriləcək.
2019-cu ilin yekununa görə divident veriləcək. Səhmdarlardan hesab nömrələrini cəmiyyətin mühasibatlığına təqdim etmələri xahiş olunur.