"Avtomotoservis" Açıq Səhmdar Cəmiyyəti 14.09.2023-cü il tarixində, saat 12:00-da səhmdarların 04.08.2023-cü il tarixində baş tutmayan təkrar çağrılan ümumi yığıncağının keçirilməsi haqqında elan edir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə daxildir:
1. Səhmdar Cəmiyyətin idarəetmə orqanının 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. ASC-nin maliyyə durumu və dividendlərin bölgüsü.
3. Cəmiyyətin balansında olan inventarların təsdiq edilməsi.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən Səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini də xahiş edirik.
Yığıncaq şirkətin Bakı şəh., Ə.Rəcəbli küç., 1963-cü məhəllədə yerləşən inzibati binasında keçiriləcək.