"Qaradağ Tikinti Materialları" şirkəti yenidən təşkil olunub.
Eləcə də bax: Azərbaycanda şirkət öz səhmdarlarına - DİVİDEND VERƏCƏK
FED.az xəbər verir ki, "Qaradağ Tikinti Materialları" ASC və "Astra" MMC şirkətləri birləşərək “Astra”MMC-nin "Qaradağ Tikinti Materialları" ASC-yə qoşularaq "Qaradağ Tikinti Materialları" ASC yenidən təşkil olunub.
Xatırladaq ki, Dekabrın 21-də «Qaradağ Tikinti Materialları» ASC səhmdarlarının ümumi yığıncağı keçirilib. Toplantıda «Astra» MMC-nin qoşulma yolu ilə "Qaradağ Tikinti Materialları" ASC-nin tərkibinə daxil olunması və sonuncunun yenidən təşkil edilməsi məsələsi də müzakirə olunub.