“Sıx əməkdaşlıq etdiyimiz “Azprint” şirkəti də sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku-2019”un tərəfdaşı olub. IX Beynəlxalq “Caspian Energy Forum” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunub”.
FED.az xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat bildirib.
Eləcə də bax: “AzerTelecom” Caspian Energy Forum Baku – 2019-un partnyoru oldu
“Azprint”in təsisçisi və direktoru Səidə Qasımova Azərbaycan bazarında şirkətin 2005-ci ildən işlədiyini, qrafik dizayn, dizayn interyer, eksteryer üzrə xidmət göstərdiyini və özünə aid sektorda ən təcrübəli və aparıcı şirkətlərdən biri olduğunu deyib. “Azprint” keyfiyyətli işi, sərfəli qiymətləri və müştərilərinə göstərdiyi operativ xidmət ilə seçilir. Biz “Caspian European Club” ilə əməkdaşlığımıza şadıq. IX Beynəlxalq “Caspian Energy Forum Baku-2019”un təşkili isə qarşılıqlı əməkdaşlığımız üçün növbəti gözəl şansdır”, - deyə Səidə Qasımova əlavə edib.
“Caspian Energy Forum Baku – 2019”un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, Nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.
“Caspian Energy Forum Baku – 2019” üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr ediləcək. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada IKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”un tərəfdaşları sırasında, həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “ICODS Hilmer GMBH, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group”, “NABUCCO A&C” şirkəti və “AzeriСard” ASC də var.
Forumda iştirak üçün qeydiyyat: “http://caspianenergyforum.com”