“Apple”dan sonra “Amazon” şirkətinin də dəyəri 1 trilyon dolları keçib.
FED.az “Habertürk”ə istinadən xəbər verir ki, bu gün şirkətin səhmlərinin dəyəri 2 faiz artıb. Beləliklə hər səhmi 2050.27 dollara yüksələn “Amazon”un 487 milyon 741 min 189 hissəsinin ümumi dəyəri də 1 trilyon dolları ötüb.
Şirkətin qurucusu Ceff Bezos da dünyanın ən varlı şəxsləri siyahısında liderliyini davam etdirib.
Qeyd edək ki, onlayn satış nəhəngi olan “Amazon” ötən il 13,7 milyard dollara “Whole Foods Market”i alaraq meyvə-tərəvəz, bu il isə “PillPack”ı alaraq onlayn dərman satışı işinə də başlayıb.
Xatırladaq ki, 2 avqustda “Apple” şirkətinin səhmlərinin birja dəyəri 1 trilyon dolları keçmişdi.
Tarixdə ilk dəfə 1 trilyon dollar səddini keçən şirkət isə Çinin “PetroChina” adlı neft şirkəti olmuşdu. “Apple” hazırda bu ünvanı qazanan ikinci, “Amazon” isə üçüncü şirkətdir.