"Zərdab Nəqliyyat" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 5300005601) – 19 sentyabr 2019-cu il tarixdə saat 11-00 da səhmdarların illik ümumi yığıncağını keçirir.
FED.az xəbər verir ki, iclasda ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatının təsdiq olunması, ilin yekunlarına görə. səhmdarlara dividentlərin ödənilməsi məsələsi müzakirə ediləcək. Amma əsas məsələ, Cəmiyyətin təşkilati hüquqi formasının dəyişdirilməsi və ASC olaraq ləğv edilməsi ilə əlaqədar olaraq dövriyyədə olan səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılmasıdır.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. Qeydiyyat iclasın başlanılmasına 1 (bir) saat qalmış başlanır. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materialla 23.08.2019–19.09.2019-cu il tarixlərdə cəmiyyətin inzibati binasında tanış ola bilərlər. Ünvan: Zərdab şəhəri R.Kərimov ev 63, Zərdab Nəqliyyat ASC-nin inzibati binası.
Daha bir səhmdar cəmiyyət - MMC-YƏ ÇEVRİLİR
08:55
16 Avq 2019