Böyük Britaniyanın "Mothercare" şirkəti Rusiyada fəaliyyətini dayandırdığını elan edib.
Eləcə də bax: “McDonald’s” da Rusiyadakı restoranlarını - BAĞLAYIR
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Hamilə qadınlar və körpə uşaqlar üçün məhsulların satışı ilə məşğul olan şirkət ölkə ərazisində bütün fəaliyyətini, o cümlədən məhsul tədarükünü müvəqqəti dayandırır. Bu qərar "Mothercare"in Rusiyadakı 120 mağazasını əhatə edəcək.
Xatırladaq ki, ötən gün "McDonald's", "Pepsi" və "Coca-Cola" şirkətləri Rusiyada fəaliyyətini müvəqqəti dayandırdıqlarını bildirmişdi. (Trend)