“Mingəçevir Maşın Təmir” ATSC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az-ın məlumatına görə, iclasın gündəliyinə cəmiyyətin tək başçı icra orqanının (sədrinin) seçilməsi, cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi, cəmiyyətin Ümumi yığıncağı və İcra orqanı haqqında Əsasnamələrin təsdiqi, dividendlərin verilməsi qaydasının müəyyən edilməsi və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Yığıncaq 10 fevral 2020-ci il saat 10:00-da Mingəçevir şəhəri, Mingəçevir şosesi-17 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir.