Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kafe-restoran və ərzaq mağazalarında reydləri davam etdirir.
Agentlikdən FED.az-a bildirilib ki, avqustun 8-də Bakıda və rayonlarda yerləşən 54 kafe-restoran və 156 ərzaq satışı mağazası olmaqla, ümumilikdə 210 müəssisədə reyd keçirilib.
Reyd keçirilən obyektlərdən 52-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə əməl olunmaması və kobud şəkildə pozulması aşkarlanıb. Həmin müəssisələrə qarşı tədbirlər görülüb. Sözügedən kafe-restoran və ərzaq mağazalarıf aşağıdakılardır:
Bakı şəhəri üzrə:
“Bayramoğlu”, “Göyçə”, “Retro”, “Bizim ailə” marketlər, Babayev Şahin Ramazan oğluna, Əliyev Tofiq Şəmil oğluna, Quliyev Vüsal Məhəmməd oğluna, İsmayılov Nemət Binyət oğluna, Hüseynov Vüqar Saleh oğluna, Məhərrəmova Sevin Abduləhəd qızına məxsus ərzaq mağazaları
Digər şəhər və rayolar üzrə:
Şirvan şəhərində Əliyev Müşfiq Mahir oğluna, Abbaszadə Mirmövsüm Seyidhüseyn oğluna məxsus kafelər, Hüseynov Əlisevər Həmzə oğluna məxsus restoran
Sabirabad rayonunda “Lahmacun” kafe, Sultanov Musa Muğan oğluna məxsus kafe, Seyidov Əziz Əzim oğluna məxsus restoran
Saatlı rayonunda Pənahov Babək Novruzəli oğluna və Əşrəfov Uğur Rasim oğluna məxsus restoranlar, Meybullayev İdavət Məmmədağa oğluna, Kərimov Aydın Nəcəfalı oğluna, Hüseynov Teymur Eldar oğluna, Əzizov Mirhəbib Mirqanı oğluna məxsus kafelər
Hacıqabul rayonunda Cəfərov Nizami Mirzəxan oğluna məxsus kafe, Məmmədov Mübariz Azər oğluna, Rüstəmov Mikayıl İsmayıl oğluna, Seyidov Orxan Azad oğluna, İsmayılov Arif İsmayıl oğluna məxsus restoranlar, Nurəliyev Sahib Sahil oğluna və Səlimov Sabir Tofiq oğluna məxsus yeməkxanalar
Neftçala rayonunda Fərziyev Elgün Zakir oğluna, Abbasov Nazim Hüseyn oğluna, Xəlilov Abdulhəsən Məmmədhəsən oğluna məxsus kafelər
Şamaxı rayonunda Eyvazov Rövşən Yunis oğluna, Vahidov Əhsən Mustafa oğluna məxsus kafelər
Kürdəmir rayonunda “Anar” yeməkxana, “Azad” kafesi
Ağsu şəhərində “Orxan”, “Vüsal” kafeləri
Masallı rayonunda İbadov Kamran Bahaddin oğluna və Niftullayev Çingiz Balabəy oğluna məxsus ət satışı mağazaları
Cəlilabad rayonunda Həsənov Arzuman Əli oğluna məxsus ət satışı mağazası
Naftalan şəhərində “Turan”, “Bahar” kafeləri
Göyçay rayonunda “Sərin məkan” restoranı, “Röya” kafesi
Tovuz rayonunda “Xırdalan”, “Tahir”, “Almalı” kafeləri
Qazax rayonunda “Səda”, “Gülçiçək” kafeləri
Ağstafa rayonunda “Vurğun”, “Balıq evi” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.