Azərbaycanda daha 2 səhmdar cəmiyyət təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
Eləcə də bax: Azərbaycanda yeni lombard - Şirkəti Yaradılıb
FED.az xəbər verir ki, «Qaradağ Tikinti Quraşdırma» ASC
(VÖEN-1100048481) ayrılma yolu ilə yenidən təşkil olunduğunu elana edib. Bunun nəticəsində yaradılan «INVEST IN PROPERTY» MMC şirkəti «Qaradağ Tikinti Quraşdırma» ASC-nin hüquqi varisi hesab olunur.
Bundan başqa, «Qala-STB» ASC (VÖEN: 1200378431) də MMC-yə çevrilib. Şirkətdən verilən məlumata görə, «QALA-STB» ASC ayrılma yolu ilə yenidən təşkil olunur və həmin prosedur nəticəsində yaradılan «INTERNATIONAL DEVELOPMENT COMPANY» MMC «QALA-STB» ASC-nin hüquqi varisi hesab olunur.