“Crystal Med”in nizamnamə kapitalı azalıb.
Eləcə də bax: “PASHA Holding”ə məxsus şirkət - NİZAMNAMƏ KAPİTALINI AZALDIR
FED.az xəbər verir ki, “Crystal Med” MMC-nin nizamnamə kapitalının miqdarı 200 (iki yüz) manat məbləğində və ya nizamnamə kapitalının 0,06% miqdarında azaldılması haqqında cəmiyyətin ümumi yığıncağı tərəfindən 17 yanvar 2020-ci il tarixində qərar qəbul edilib.
Bu elan dərc olunduğu gündən bir ay müddətində “Crystal Med” MMC-nin bütün kreditorlarının Crystal Med” MMC-nin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsi və ya xitamı, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Kreditorlar və ya onları təmsil edən səlahiyyətli nümayəndələr 2020-ci ilin yanvar ayının 24-dən 2020-ci ilin fevral ayının 24-dək hər iş günü saat 11:00-dan saat 17:00-dək (nahar fasiləsi saat 13:00-14:00-dır) Bakı şəhəri, Yusif Səfərov küçəsi 23 a, 6-cı mərtəbə ünvanına müraciət edə bilərlər.