“Crocus Group”un Azərbaycandakı 3 törəmə şirkəti ləğv edilir.
FED.az xəbər verir ki, bunlar “Krokus Azərbaycan” MMC, “Crocus İnteriors” MMC və “Crocus Audit” MMC-lərdir.
“Krokus Azərbaycan” MMC və “Crocus İnteriors” MMC ləğv edilməsi ilə əlaqədar kreditorlar Nəsimi rayonu, 28 May küçəsi, ev 5 ünvanına öz tələblərini bildirə bildirə bilərlər.
500 manat nizamnamə kapitalı olan “Crocus Audit” MMC-nin hüquqi ünvanı AZ1094 Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəs., Nardaran-Ləhiş yolu küçəsi, ev 32A, mənzil 300 m. sağ tərəf ünvanıdır.