Meksikada hökumət əsas və məcburi mal və xidmətlərdən başqa istehsala fasilə vermək barədə qərar qəbul edərkən, "corona virusu" ilə eyni adı olduğu üçün satış həcmi kəskin azalan "corona" adlı pivənin istehsalı dayandırıb.
Eləcə də bax: “Coca-Cola” Azərbaycan, Türkiyə və Qazaxıstanda fəaliyyətini - MƏHDUDLAŞDIRIR
FED.az-ın məlumatına görə, 180 ölkəyə pivə ixrac edən şirkət məşhur pivə markası "Corona" (sözün mənası “tac” deməkdir), pivənin " kənd təsərrüfatı sənaye məhsulu" sayılmasını və istehsalını davam etdirməsini tələb edib.
Pivəni istehsal edən “Modelo” həmçinin pivənin "kənd təsərrüfatı sənayesi məhsulu" olaraq təyin olunduğu təqdirdə işçilərin 75%-nin evdən işləyərək istehsalı davam etdirməyə hazır olduqlarını açıqlayıb.
Qeyd edək ki, Meksikadakı son rəsmi məlumatlara görə, koronavirusa yoluxanların sayı 1510-a, virusdan ölənlərin sayı 50-ə çatıb.