“Coffee N`Joy” markası, Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda 2-6 oktyabr tarixlərində keçirilən qlobal kosmik tədbiri dəstəkləyib.
FED.az xəbər verir ki, NASA, “JAXA”, “AIRBUS”, “Tesla”, “Türkiye Uzay Ajansı” eləcə də müxtəlif ölkələrdən şirkət və agentliklərin iştirak etdiyi tədbirdə iştirakçılar qəhvəyə qonaq ediliblər.
Nəfis ətrə və dada malik olan qəhvə markası konqres iştirakçıları tərəfindən bəyənilib.
Qeyd edək ki, qəhvəsevərlərin damaq zövqünü oxşayan, müxtəlif layihələr reallaşdıran "Coffee`N Joy”, "Sevdiyiniz daddan daha ləzzətli” şüarı ilə istehlakçıların rəğbətini qazanmağa davam edir.