Biznes

"Coca-Cola"nın Azərbaycandakı direktoru dəyişdi

"Coca-Cola"nın Azərbaycandakı direktoru dəyişdi | FED.az
14:15 20 İyul 2018

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri təyin edilib. 

FED.az xəbər verir ki, yeni menecer Adrian Çernautandır.  

"Mən İyulun 1-dən Coca-Cola şirkətinin Qafqaz qregionu üzrə meneceri təyin edilmişəm", - Adrian Çernautan jurnalistlər ilə görüşündə bildirib.

Bundan əvvəl Adrian Çernautan "Coca-Cola Avstriya" şirkətinin icraçı direktoru işləyib.

 "Azerbaijan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır. "Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və  satışını həyata keçirir. "CCI" - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.


Digər xəbərlər