Bu ilin I rübündə dünyanın ən böyük içki istehsalçılarından olan “Coca-Cola”nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 8,3 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Koronavirus dünyada qəhvə çatışmazlığına - SƏBƏB OLA BİLƏR
FED.az “report”a istinadən xəbər verir ki, şirkətin satışları azalmaqdadır və təkcə aprel ayında azalma 25% təşkil edib.
“Koronavirus pandemiyasının II rübün və yaxud ümumilikdə bu ilin nəticələrinə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Bu, tamamilə "sosial məsafə" qanununun və karantin rejiminin qüvvədə olma müddətindən, makroiqtisadi bərpa müddətindən asılıdır”, - şirkətin açıqlamasında bildirilir.